RU

Ömürlük azadlıqdan məhrum edilən Nofəl Səfərov barədə apellyasiya şikayəti verilib

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə "Report"a onun vəkili Qalib Hüseynli məlumat verib.

Belə ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və N.Səfərovun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Xatırladaq ki, Nofəl Səfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-сi il noyabrın 29-da Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu - 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı - 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi - 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
8
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23850
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13252
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10681
Helikopter qəzası ilə bağlı yeni xəbər
6086
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5702
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5537
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4587
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4511
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3885
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3721
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3569
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3483
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2876
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2765
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2539