RU

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Bakı, 23 aprel, AZƏRTAC

Eşitmə və nitq məhdudiyyətli gənc Sənan Mirzəzadə NASA-nın ideya rəhbəri olduğu FRC yarışında iştirak edib.

AZƏRTAC-a İnnovasiya və rəqəmsal inkişaf Agentliyindən (İRİA) bildirilib ki, dünyanın 4 ən böyük robototexnika yarışından biri olan “FIRST Robotics Competition” (FRC)-da Azərbaycanı təmsil edən “Mechack9030” komandasında yer alıb. Sənan hər il yuxarı sinif şagirdləri arasında keçirilən robototexnika üzrə beynəlxalq müsabiqəyə İRİA-nın dəstəyi ilə qatılıb.

“Sənanın hekayəsi öz xəyallarının arxasınca gedən hər birimiz üçün nümunədir. Texnologiyanın dili bəşəridir, yaş, məkan və ya hər hansı sağlamlıq məhdudiyyəti İKT sahəsində karyera üçün əngəl deyil”, – deyə İRİA-nın sədri İnarə Vəliyeva vurğulayıb.

Sənan Mirzəzadənin bir çox gənc üçün ilham mənbəyi olacağını əlavə edən İ.Vəliyeva ona gələcəkdə kibertəhlükəsizlik üzrə karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Sənan Mirzəzadə 10 yanvar 2007-ci ildə Ağdam rayonu Qaradağlı kəndində doğulub. Hazırda Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı məktəbdə təhsil alır. 2019-cu ildən etibrən intensiv şəkildə informasiya texnologiyaları üzrə biliklər əldə etməyə başlayıb və dövrün ən müasir İT bacarıqlarına yiyələnib. Sənan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə ötən il iyulun 24 – 29-də keçirilmiş “Cyber Summer School 2023” yay düşərgəsində iştirak edib. Düşərgənin sonunda keçirilən müsabiqədə fəal iştirakı ilə seçilən Sənan sertifikat və hədiyyə ilə təltif edilib.

Bundan əlavə, Sənan Milli Abilimpiya Federasiyası tərəfindən təşkil edilmiş Milli Abilimpiya Çempionatında informasiya texnologiyaları nominasiyası üzrə üçüncü yerin qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23974
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13354
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10925
Helikopter qəzası ilə bağlı yeni xəbər
6660
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5716
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4840
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4800
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3905
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3745
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3605
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3493
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543