Bu gün Ermənistanla sərhədin demarkasiyasına başlanılacaqBu gün Qazaxın Azərbaycana geri qaytarılacaq 4 kəndinin ərazisində sərhədin demarkasiyası ilə bağlı işlərə başlanılacaq. Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb. "Baqanis-Voskepar hissəsində bu gün sərhədin demarkasiyası ilə bağlı işlərin aparılması planlaşdırılır", - deyə qeyd olunub. Bildirilib ki, ətraf ərazidə aparılan minalardan təmizləmə işlərinin təmin edilməsi və vətəndaşların yaxınlıqdakı minalanmış ərazilərə daxil olmasının qarşısının alınması məqsədilə Bağanis-Voskepar avtomobil yolu bağlanıb: "Bu gün Ermənistan-Azərbaycan təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistanın sərhəd qoşunlarına təhvil veriləcək".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта