Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Hacıağa Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, ondan iki kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla H.Quliyevin qeyd edilən narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub. Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.