Bakı. Trend:
Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursattapılıb.
Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərləXankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı,2 tüfəng, 2 tapança, 8 qumbara, 3 alışdırıcı, 2 partlayıcı, 18patron darağı, 1 930 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaqvə digər sursatlar aşkar olunaraq götürülüb.