RU

Britaniya qanunsuz miqrantların bu ölkəyə göndərir

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Birləşmiş Krallığa qanunsuz yollarla gələn miqrantları Ruandaya aparan uçuşların 10-12 həftə ərzində başlayacağını bildirib.

 

Modern.az xəbər verir ki, Baş nazir keçirdiyi mətbuat konfransında bunun qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün təsirli bir maneə rolunu oynayacağını qeyd edib. Rişi Sunak bildirib ki, qanun layihəsinin son hissəsi bu gün hər nə cür olursa-olsun parlamentdən keçəcək və bundan sonra qanunsuz miqrantlar 10-12 həftəyə Ruandaya yollanacaq.

 

Xatırladaq ki, Ruandaya miqrantları aparacaq ilk reys 2022-ci ilin iyununda yola çıxmalı idi, lakin hüquqi problemlər səbəbindən sonra bu, ləğv edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
159
33
Источники
Комментарий ()
Закрывать