RU

Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi

“Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması Moskva və Bakı arasında münasibətlərin sınağı oldu”.

Bu fikirləri News.ru-ya müsahibəsində politoloq, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlər bu sınaqdan uğurla çıxıb.

“Moskva ilə Bakı arasındakı münasibətlər bu çətin məqamda sınaqdan çıxdı və öz gücünü, faydalılığını təsdiq etdi. Sülhməramlıların çıxarılması vaxtından əvvəl və müstəsna olaraq Moskva ilə Bakı arasında mehriban qonşuluq münasibətləri çərçivəsində həyata keçirilib. Hesab edirəm ki, tərəflərin bir-birinə deməyə sözü var”, - deyə Naumov bildirib.

Politoloq əlavə edib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Moskva ilə Bakı arasında əlaqələrin möhkəmlənməsinə töhfə verib. Naumovun sözlərinə görə, bu məsələ xüsusilə Rusiya və Aİ-yə getdikcə yaxınlaşmağa can atan Ermənistan arasında mürəkkəb münasibətlər fonunda vacibdir.

Naumov vurğulayıb ki, Azərbaycan Qərblə münasibətlərdə özünü zərgər dəqiqliyi ilə aparır.

“Məsələ burasındadır ki, İrəvandan fərqli olaraq Bakı etibarlı, proqnozlaşdırılabilən və dürüst tərəfdaş kimi, Azərbaycan Prezidenti İlham Əliyev isə özünü danışıqlar aparıla və iş görülə bilən siyasətçi kimi göstərdi. Ölkələrimiz arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə Ermənistanın Rusiyanın xarici siyasətində təkcə formal deyil, həm də faktiki olaraq imtiyazlı mövqeyinə son qoydu. Bu, təkcə İrəvanın davranışı ilə deyil, həm də Azərbaycanın layiqli və nəcib davranışı ilə bağlıdır”, - deyə Naumov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
246
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14734
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11506
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9318
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3231
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2672
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2541
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2451
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2215
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1874
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1725
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1255
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
850
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
846
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
798
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
763
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
736
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Mayın ilk gününün havası açıqlanıb
651