RU

Aysun: Depressiya keçirirəm

"Ana olacağam. Bir az kökəlmişəm. Buna görə isə depressiya keçirirəm. Amma bunlar gözəl hisslərdir. Ailə mənim üçün əvəzsizdir. Ən gözəl nemətidir. Həmişə istəyirdim ki, sevgi dolu bir ailəm olsun. Çox şükür bu günə". 

Yenisbah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova "Sözbaz" maqazin verilişinə müsahibəsində deyib. 

Onun qız övladı dünyaya gələcək: 

"Özüm kimi gözəl bir qızım olacaq. Ən çətin anımız dünyaya gələcək uşağıma ad seçməkdir. Adla bağlı ağlıma heç nə gəlmir. Çünki düşünürəm ki, bu çox məsuliyyətli bir məsələdir. Övladın böyüyəndə adından utanmamalıdır, əksinə, sevməlidir. Mən adın insan taleyinə təsiri məsələsinə inanıram. Ona görə qızıma elə bir ad seçməliyəm ki, həyatına gözəl yansısın". 

Aysun İsmayılova ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib. 

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
5
yenisabah.az

7Источники