RU

Xavi: "Real"la matçda çoxlu mübahisəli hakim qərarları var idi"

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 32-ci turunda "Real"a uduzduqları oyun (2:3) haqqında danışıb.

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis görüşün baş hakimi Sezar Sotonu tənqid edib: 

“Bir çox mübahisəli hakim qərarları var idi. Hakimlikdən danışa bilməsəm, əla olardı. Təəssüf ki, belə olmur. Biz üç xala layiq idik, səmimi deyirəm, qalib gəlməli idik”.

Qeyd edək ki, "Barselona" matç ərzində iki dəfə hesabda önə keçsə də, sonda əlavə olunmuş dəqiqələrdə qol buraxaraq məğlubiyyətlə üzləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
276
24
teleqraf.com

10Источники