RU

Qaxda İran vətəndaşına məxsus "TIR" yandı - FOTOLAR

Qax rayonunda İran vətəndaşına məxsus "TIR" yanıb.

"Unikal"ın məlumatına görə, hadisə ötən gecə rayonun Süskənd kənd ərazisində qeydə alınıb. Belə ki, İran vətəndaşı Omara Ghaderbakkhsh Nazarmohammad oğluna məxsus yük avtomobilində yanğın başlayıb. 

Hadisə yerinə Qax rayon Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub. Yanğın zamanı 1969-cu il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Omara Ghaderbakkhsh Nazarmohammad oğluna məxsus "UU-532-NU" Gürcüstan qeydiyyat nişanlı "TIR-RENAULT" markalı yük avtomobilinin kabinka və qoşqu hissəsinin bir qismi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.  

"TIR"ın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
194
26
Источники
Комментарий ()
Закрывать