İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb. Futbolpress.az xəbər verir ki, Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. Növbəti - 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb. Cütlük yarımfinal qarşılaşmasında Hindistan təmsilçilərinə məğlub olaraq bürünc medala sahib çıxıb. tags tags