Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib.
Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgin anlar yaşanıb. Buna səbəb müğənninin aparıcının ünvanına səsləndirdiyi ittihamlar olub.
O iddia edib ki, Azərtaş onun keçmiş kürəkəni Kemal Mustafanı efirə rüşvət qarşılığında çıxarıb. Bu açıqlamaya qəzəblənən Azərtaş bu iddialara kəskin cavab verib.
Telegram kanalımız