RU

Türkiyədə hadisə yerinə tələsən polis və təcili tibbi yardım maşını qəzaya uğradı: Yaralılar var - FOTO

Tarix: 21 Aprel 2024 08:10

Türkiyədə İsparta-Antalya yolunda baş verən qəza yerinə yardıma tələsən polis və təcili tibbi yardım maşınları qəzaya düşüblər.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, məlumata görə, iki yol-nəqliyyat hadisəsində biri körpə, iki polis, üçü tibb işçisi olmaqla ümumilikdə 10 nəfər yaralanıb.
Yaralıların hamısının xəstəxanaya çatdırıldıqları bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az

Избранный
240
4
sonxeber.net

10Источники