RU

"Real" Naçonu 18 yaşlı futbolçu ilə əvəzləyəcək

“Real” mövsümün sonunda komandanı tərk edəcək Naço Fernandesin əvəzləyicisini tapıb.

Bizim.Media “Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid klubu “Lill”in müdafiəçisi Leni Yoro ilə danışıqlara başlayıb.

PSJ də 18 yaşlı oyunçunu heyətinə cəlb etməyi planlaşdırır. Lakin fransalı futbolçu La Liqada oynamaq istəyir.

Qeyd edək ki, Naço “Real”ın yetirməsidir. O, bu komandayla 355 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçu bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
185
19
bizim.media

10Источники