RU

İraq ərazilərinin Türkiyəyə hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəyik. "Report" "CNN Türk"ə istinadən xəbər verir ki, b

İraq ərazilərinin Türkiyəyə hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəyik.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya Sudani Atlantik Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri ötəri xarakter daşımayacaq: "Türkiyə ilə İraq arasındakı mövcud məsələləri təxirə salmaq əvəzinə, onların həll yolunu tapmağa yönəlik niyyəti ilk dəfədir, görürük".

Qeyd edək ki, R.T.Ərdoğanın aprelin 22-də İraqa gedəcəyi gözlənilir. Bu, Türkiyə Prezidentinin İraqa 12 ildən sonra ilk səfəri olacaq.


BiG.Az
Избранный
134
16
big.az

9Источники