Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ" "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib:
"Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Bir neçə mövqe səhvlərinə yol verdik. "Qəbələ"yə uğurlar arzulayıram".