RU

ACF-in 2024-2028-ci illər üçün strategiyası qəbul edilib – konfransda mühüm QƏRARLAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti Konfransı keçirilib.

İdman.biz xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-in prezidenti Rəşad Nəbiyev, Konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

Nəbiyev açılış çıxışında federasiyanın əsas məqsədinin cüdonun hərtərəfli inkişafı və kütləviləşdirilməsinin olduğunu bildirərək, ötən müddət ərzində ölkədə cüdo idman növü ilə məşğul olanların sayının 50%-dən çox artaraq 18 min nəfəri keçdiyini vurğulayıb. O, xüsusilə qız idmançılarının sayının artdığını qeyd edib.

Federasiya prezidenti bildirib ki, klublar və milli komandalar səviyyəsində idmançıların hazırlığının yüksək səviyyədə təmin edilməsi ilk növbədə ölkədə məşqçiliyin keyfiyyətinin artırılması ilə əlaqədardır. Bu baxımdan Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə qarşılıqlı əməkdaşlıq nəticəsində bu istiqamətdə görülən işlər mühüm əhəmyyət kəsb edir.

O, əldə edilən nailiyyətlərin və uğurların təməlində ölkə rəhbərliyinin idmana, o cümlədən cüdo idmanına verdiyi hərtərəfli dəstəyin durduğunu vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Cüdo Federasiyasının son illərdəki fəaliyyətini müsbət qiymətləndirərək xüsusilə yarışların beynəlxalq standantlara cavab verəcək formada təşkil edilməsini, cüdonun kütləviləşdirilməsi istiqamətində görülən işləri qeyd edib.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, ACF-in baş katibi Rəşad Rəsullu tərəfidən 2022-2023-cü illər üzrə fəaliyyət hesabatı təqdim edilib. Hesabat Konfrans üzvləri tərəfindən təsdiq edilib.

ACF-in 2024-2028-ci illər üçün strategiyası iclas iştirakçılarına təqdim edilib və səsvermə ilə qəbul edilib. Bundan başqa, Federasiyanın 5-ci redaksiyada Nizamnaməsi təsdiq edilib.

Bildirilib ki, Raqif Abbasov ACF İcraiyyə Komitəsindəki səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciət edib. Onun yerinə İcraiyyə Komitəsi üzvlüyünə Rəşad Rəsullunun namizədliyi təkif edilib və qəbul edilib.

Rəşad Rəsullunun ACF-nin icraçı vitse-prezidenti seçilməsi təklif olunub və o, Federasiya üzvləri tərəfindən bu vəzifəyə təsdiq edilib.

Daha sonra ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçiməsi üçün səsvermə keçirilib. Mövlüd Mirəliyev, Ləman Kərimli və Orxan Əsədov Komitə üzvləri kimi təsdiq edilib və Mövlud Mirəliyev Konfrans tərəfindən Komitənin sədri təyin edilib.

İdman.biz

Избранный
100
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
479
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
405
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
336
Azərbaycanda bu məhsul bahalaşdı
328
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
297
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
296
Helikopter qəzası ilə bağlı yeni xəbər
280
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
277
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
272
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
267
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
250
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
243
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
234
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
208
Həlak olan şəxslər sabah dəfn olunacaq
206
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
203
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
184
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
173
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
163
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
142