Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının əldə etdiyi Razılaşma ilə bağlı bəyanat yayıb.Leqal.info xəbər verir ki, bəyanatda deyilir:"Biz Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılığı alqışlayırıq.Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır".Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта