“Neftçi” ilə qarşılaşmada olmamalarının səbəbini öyrənməyə çalışdıq. Bəlkə “Sektor-85” də komandanın oyunlarını boykot edib? Bunun üçün azarkeş qrupunun rəhbəri Əhməd Manafovla əlaqə saxladıq:
“Xeyr, boykot etməmişik. Biz, yəni “Sektor-85” tribunadaydıq. Sadəcə, bir üzvümüzün babası rəhmətə getdiyindən rayona yollanmışdı, bannerimiz də onda olduğuna görə aça bilmədik. Yoxsa orda sona qədər komandamızdan dəstəyi əsirgəmədik”.
KAMAL SƏFƏR