RU

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Bakı, 20 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinə (FHN) Füzuli rayonunun Birinci Qayıdış qəsəbə sakini İbəquliyev Saday Həbib oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən Birinci Qayıdış qəsəbə sakini S.İbəquliyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
6
azertag.az

7Источники