RU

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

Bakı. Trend:

22-27 aprel tarixlərində Bakıda Qırğız Mədəniyyəti Günlərikeçiriləcək. Bu tədbir dost və qardaş qırğız xalqının zəngin mədəniirsinin Azərbaycanda təbliği baxımından əhəmiyyətli hadisədir.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Azərbaycan-Qırğızıstan münasibətləri həmbeynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələrkontekstində ildən-ilə dərinləşir:

"Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri iləölkələrimiz arasında siyasi-iqtisadi sahədə olduğu kimi, mədəniyyətəlaqələr dinamik şəkildə inkişaf edir. Ayrı-ayrı sənət adamlarının,yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərəkmədəniyyət layihələri həyata keçirilir.

Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstanincəsənət ustalarının qala-konserti, Qırğız kinosu günləri, ölkənindekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarətsərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişiplanlaşdırılır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
7
az.trend.az

10Источники