Bakı, 20 aprel, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, liqanın lideri “Kür” doğma meydanda qızıl medallara iddialı “Azəryol”la qarşılaşacaq.
“Kür” Olimpiya İdman-Tədris Mərkəzi oynanılacaq görüş aprelin 21-i saat 12:00-da start götürəcək.