Türkiyə 1-ci Liqasında 31-ci turunda azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi “Manisa” səfərdə “Altay”la üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
31 turdan sonra 36 xal toplayan “Manisa” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.