Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə Aznews.az-a Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Ağsuda 5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, Şahdağ, Gədəbəydə 1 mm-dək olub.
Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb.