RU

Oyunda maraqlı məqam: 2 sarı vərəqə aldı, meydandan qovulmadı

"Aston Villa" UEFA Avropa Konfrans Liqasının 1/4 finalında qarşılaşdığı "Lill"i məğlub edərək yarımfinala yüksəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Fransada keçirilən cavab oyununda iki sarı vərəqə alan argentinalı qapıçı Emiliano Martinezin meydandan qovulmaması diqqət çəkən olub.

UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində evdə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyunun revanş oyununda "Lill"lə "Aston Villa" üz-üzə gəlib.

"Lill" 90 dəqiqə və əlavə vaxtda "Aston Villa" üzərində 2-1 üstün olub və oyun penaltilərə qədər gedib.

Lakin qarşılaşmada qeyri-adi hadisə baş verib. 39-cu dəqiqədə aldığı sarı vərəqədən sonra "Aston Villa"nın qapıçısı Emiliano Martinez penaltilər seriyası zamanı tribunalara qarşı hərəkətinə görə sarı vərəqə alıb.  

Penaltini dəf etdikdən sonra rəqib azarkeşlərə "sus" işarəsi atan Emiliano Martinez ikinci sarı vərəqəsini alsa da, penaltilərdən əvvəl vərəqələr sıfırlandığı və oyunu tamamladığı üçün qırmızı vərəqə almayıb.

Son penaltini də dəf edən Emiliano Martinez komandasının yarımfinala yüksəlməsində aparıcı rol oynayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
140
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38973
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19302
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14752
Abdullahianın cəsədi tapıldı - FOTO
12705
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7842
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6864
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4349
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3463
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3370
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397