Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki VAZ-2107 markalı minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə dörd nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.
Belə ki, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsə alt çənənin əzilmiş yarası, kürəkarxası nahiyəsinin qançırı, yuxarı sağ dirsəyin və sağ dizin irihəcmli əzilmiş yarası, 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması, üzün sağ səthinin şişkinliyi, səthi sıyrıqlar, 1997-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın təpə nahiyəsinin əzilmiş yarası, yuxarı ətrafın küt travması, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxsə sol əlin 4-cü daraq sümüyünün yerdəyişməyən sınığı diaqnozları təyin edilib.
Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra üç nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfərin isə stasionar müalicəsi davam etdirilir. Hazırda vəziyyəti qənaətbəxşdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
avtosfer.azBakıda gənc oğlanı avtomobil vurub ( 7020763)
-
avtosfer.azBinəqədidə 43 yaşlı qadını avtomobil vurub ( 6987010)
-
oxu.azBinəqədidə 43 yaşlı qadını avtomobil vurub ( 6986800)
-
ikisahil.azPiyadanı maşın vurub ( 6986491)
-
metbuat.azBinəqədidə 43 yaşlı qadını avtomobil vurdu ( 6986416)
-
far.azHadisəNərimanovda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib ( 6984163)
-
report.azNərimanovda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib ( 6984103)
-
avtosfer.azBinada yanğın baş verdi: azı 14 nəfər ölüb ( 6840643)
-
dogru.azSarayda azyaşlı yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb ( 6807661)
-
far.azDigər ölkələrVyetnamda binada baş verən yanğında azı 14 nəfər ölüb ( 6805567)