RU

Bankların kredit fırıldağı - Müştərini belə aldadırlar

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və cəlbedici şərtlərlə təklif olunan kreditlərlə bağlı zamanla problemlər meydana çıxır. Əksər hallarda, kredit kartından istifadə etmiş vətəndaş ödəməli olduğu vəsaitin üzərinə faizin gəldiyini görür. Lakin çox vaxt faizlər müqavilədə qeyd olunan tarixdən daha tez tətbiq olunur. Bu isə kredit götürmüş vətəndaş üçün müəyyən problemlər yaradır. 

News24.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əksər banklar kredit müqaviləsi tərtib edərkən istehlakçıya yetərincə məlumat təqdim etmir: 

"Müqavilələrin tərtib edilməsi və vətəndaşların bu barədə məlumatlandırılmasındakı çatışmazlıqlarla bağlı məsələlər daim gündəmə gəlir. Bu məsələləri mütəmadi olaraq biz də gündəmə gətiririk. Əhalinin maliyyə məsələləri ilə əlaqədar məlumatlılıq səviyyəsinin artırılması vacibdir. Tərəflər arasında hər hansı bir razılıq əldə olunursa, bu detallar izah olunmalıdır və daha sonra müştəri üçün hansısa sürpriz olmamalıdır. Müqavilələrin tərtib qaydaları, ifadələrin və şriftlərin seçilməsinə qədər məsələ müzakirə olunur. Eyni zamanda böyük ehtimalla qarşı tərəfin, yəni istehlakçının tələbinin də müəyyən qədər aşağı olmasından qaynaqlanır. Çünki istehlakçılar adətən hər hansı bir vəsaitə ehtiyac olanda və ya kredit götürəndə daha qısa müddətə nəticə əldə etmək üçün şərtləri daha dərindən araşdırmırlar. Düşünürəm ki, istehlakçıdan daha ciddi tələblər gələrsə, bankların da daha məsuliyyətli davranışına və müqavilə şərtlərinin təkmilləşdirilməsinə gətirib çıxarar. Amma bu istiqamətdə hər hansı bir tələbin aşağı olduğunu düşünürəm". 

Ekpsert vətəndaşları müqavilə şərtlərinə daha diqqətlə yanaşmağa çağırıb:

"Peşəkar inkişaf strategiyası olan bir bank hansısa fırıldaqçılıq hallarına yol verməməyə çalışmalıdır. Problem ondan ibarətdir ki, banklar şərtləri aydın izah etmirlər. Banklar müxtəlif müqavilə bəndlərinə istənilən şərti əlavə edərək, istənilən zaman bu şərtləri dəyişə bilirlər. Bu hal kredit kartlarında daha geniş yayılıb. Məsələn, hansısa bank istehlakçıya kredit və debet kartlarını təqdim edərkən, əlavə dəyər vergisinin qaytarılmasının 2 qatını təklif edir. Lakin 1-2 ay keçəndən sonra məlum olur ki, bu seçim dayandırılıb. Seçimin dayandırılması ilə bağlı isə vətəndaş məlumatlandırılmır. Vətəndaş hər hansısa müqavilə imzalayarkən təqdim olunan bütün şərtlərlə tanış olmalıdır. Eyni zamanda banklar da müqavilə təklif edərkən, bütün şərtləri izah etməlidirlər". 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22860
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13126
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8691
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6644
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5126
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4495
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4059
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3761
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3329
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332