RU

Bir qrup haker İsrail Müdafiə Qüvvələrinə məxsus məlumat bazasını ƏLƏ KEÇİRİB

“Anonymous” adı altında fəaliyyət göstərən hakerlər İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus məlumat bazalarını sındırdıqlarını iddia ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr yazır ki, bir qrup haker İsrail Müdafiə Qüvvələrinin sənədlərini ictimailəşdirəcəklərini vəd ediblər.

Hakerlər iddia ediblər ki, əllərində 20 giqabaytdan (GB) çox məlumat var və onların arasında 200 mindən çox hərbi sənəd var. 
Nəşr bildirir ki, qeyd olunan materialların nə dərəcədə etibarlı olduğu hələlik məlum deyil.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
154
50
Источники
Комментарий ()
Закрывать