RU

Samir Abasov: "Bəzi klubların planlarını alt-üst etmişik"

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sumqayıt" oyunundan (1:4) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı:

Futbolpress.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.

- Azarkeşlərə təşəkkür edirəm ki, bizə sona qədər dəstək oldular. Gəlməyənlərin, ürəkləri bizim yanımızda olanlar sağ olsunlar. Qələbədə payları var. Futbolçuları təbrik edirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-sözbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibə gələcək oyunlarda uğurlar arzu edirəm. Onların oyunlarına hazır idik. Burada "Turan Tovuz"a müqavimət göstərmək çətindir. Bu qalibiyyəti sürücümüzə həsr edirəm. Yavər bəy ağır əməliyyat keçirib, ona şəfalar diləyirəm.

- Bu qələbə avrokubok yolunda işinizi nə dərəcədə asanlaşdıracaq?
- Demək çətindir, elə bir çempionatdayıq ki, bir qələbə səni Avropaya gedəcəyini dəqiqləşdirmir. Amma səni ayaqda tutur. Başımızı başlara qoşmuşuq, bəzi klubların planlarını alt-üst etmişik. Digər komandalardan da təzyiq var. Öz yolumuzu getməyə çalışacağıq. Şərt olaraq Avropa getməyə qarşımıza hədəf qoyulmayıb.

- Kamran Əliyevə az şans verməyiniz onun performansı ilə bağlıdır?
- Fikir vermisinizsə, qışdan sonra oyun stilində fərqlilik göstəririk. Kamranda düşüş yoxdur, ondan razıyam. Oyunlar onu tələb edir ki, ya sonradan meydana çıxsın, ya ehtiyatda qalsın. Amma o insanı çox istəyirəm.

- Bu gün tək "Turan Tovuz"a qalib gəldiniz, yoxsa...?
- Bu gün bura gələndə bilirdim hansı sualları verəcəksiniz. Qıraq ölkələrdə işləməmişəm. Bilmirəm necə olur, amma belə hərəkətlər məşqçiləri, klubları bir-birinə düşmən edir. Kimlərsə olmayan şeyləri yazır, "Sumqayıt"ı "dartırlar" deyirlər. Bu cür yazılar olmayan şeyi üzə çıxarmaq, komandamın xeyirinədir. Həmçinin rəqibin də ziyanınadır. Özünüzü kiməsə yaxşı etmək istəyirsinizsə, bu yol deyil. Buna bizim dildə deyirlər bu nə yaşayışdır!? "Turan Tovuz"a uğurlar arzu edirəm. Yaxşı işlər görürlər. Ayxanın gördüyü iş, komandasının oynadığı futbol alqışlanasıdır.

- 4-cü qoldan sonra rəqib azarkelər Sizi alqışladı...
- Yox, "Sumqayıt"ı alqışladılar. Bu zonanın nə qədər futbol biliyinin olmasına işarədir. Bu o demək deyil onlar "Turan Tovuz"a qarşıdılar.

- Son oyunlardan sonra çıxışınızdan çox başqa şeylər müzakirə olunur. Necə düşünürsünüz, bu oyunla söz-söhbətə son qoyacaqsınız?
- İnanmıram ki, son olsun. Media futbola aid olan şeyləri soruşar. Mənə xoşdur ki, bəzi şeyləri sizin sayənizdə çatdırıram. Məndən yaxşı siz cavabları vermisiniz onu.

- Səbuhi Abdullazadə bu gün hücumu üzərinə götürüb, fərqləndi. Siz necə düşünürsünüz, onlar oyunu üzərinə götürüb fərqlənməyi nə dərəcədə yaxşıdır?
- Dayaq yarımmüdafiəçilərin üzərində işlədiyim qədər digər mövqelərin üstündə işləmirəm. Səbuhi inkişaf edir, etməlidir. Səbuhi qədər mən tərəfdən təhqir edilən futbolçu yoxdur. Oyundan sonra ona dedim ki, səni söymək lazımdır ki, qol vurasan? Gələn oyun daha artığına hazırlaş. 

Məlik Məlikov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9901
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7942
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1782
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1579
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1518
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1500
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1466
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
950
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
668
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
548
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
318
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
228
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
223