RU

®Mərkəzi Gömrük Hospitalında “ABBOT” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

®Mərkəzi

Aprelin 19-da Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin xaricdə və ölkəmizdə fəaliyyət göstərən nümayəndələri ilə “HPV skrininqi” mövzusunda zoom vasitəsilə onlayn görüşü keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Laboratoriya şöbəsinin rəisi, həkim-laborant Səbinə İbrahimova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Marketinq və Planlama şöbəsinin PR mütəxəssisi Dilarə Zamanova iştirak ediblər.

Görüşdə “Abbott” şirkətinin nümayəndəsi Anna Mozkoniak insan papılıma virus infeksiyası (HPV) ilə bağlı layihə barəsində ətraflı məlumat verib. O, qeyd edib ki, dünyada ən çox yayılmış infeksiyalardan biri olan HPV yüksək yoluxuculuq və onkogen potensialına malikdir. Anna Mozkoniak insan papiloma virus infeksiyası ilə bağlı tədqiqatların keçirilməsinin əsas məqsədinin Azərbaycanda Abbott m2000 RealTime avadanlığın tətbiqi və müasir ədəbiyyatda təqdim olunan məlumatların təhlil edilməsi olduğunu bildirib.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov qeyd edib ki, Azərbaycanda HPV-nin diaqnostikası üçün standart test və reagentlər ilə təchizi, eləcə də Real-Time PZR üçün xarici keyfiyyət nəzarət sxeminin təsis edilməsi prosedurunun aparılması çox əhəmiyyətlidir. Belə ki, gələcəkdə Mərkəzi Gömrük Hospitalında tədqiqatın aparılması üçün layihəyə 2000 qadının cəlb olunması nəzərdə tutulub.

Həmçinin Françesko Marikukko deyib ki, tədqiqatlar üçün servikal kanalından və uşaqlıq boynunun epitelindən nümunələrin götürülməsi nəzərdə tutulub. Toplanan nümunələrə əsasən 12 yüksək onkogen tipdə insan papilloma virusunun olması və ya yoxluğu molekulyar-genetik üsulu ilə müəyyən ediləcək, tədqiqata daxil olan pasiyentlərin virus yükü qiymətləndiriləcək, eləcə də alınan laborator statistik məlumat nəticəsində yüksək riskli HPV növlərinin yaşa, regiona və cinsə görə təhlili aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17281
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12436
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9939
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4086
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3669
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3157
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2977
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2569
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2197
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1091
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
871
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777