RU

3 ayda ARDNF-nin dövlət büdcəsinə transferi artıb

2024-cü ilin yanvar-martında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 3 milyard 195.3 milyon manat dövlət büdcəsinə transfer edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bu barədə Fond məlumat yayıb. 

ARDNF 2023-cü ilin 3 ayında dövlət büdcəsinə 1 milyard 576 milyon manat vəsait transfert edib.

2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11,7 milyard manat və ya ümumi gəlirlərin 33,0% qədər vəsait daxil olub. 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü il aprelin 1-nə qədər ümumi 146 346,2 milyon manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
 
Aygün 




www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
Источники
Комментарий ()
Закрывать