“Ermənistan işğal altında olan 4 kəndin geri qaytarılmasına razılıq verdi” – XİN
“Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib”. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə sosial şəbəkə hesabında məlumat yayıb. “Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib”, - Hacızadə bildirib.