RU

"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."

Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxarılması haqqında iki dövlətin ali rəhbərliyi arasında  qərarın verilmiş olması mühüm tarixi hadisədir. Hazırda dünyada çətin və mürəkkəb proseslər, siyasi, iqtisadi katakilizmlər yüksələn xətlə inkişaf edir. Dünyanın bir çox yerində davam edən açıq müharibələr və örtülü münaqişələr getdikcə daha da alovlanır. Təəssüflər olsun ki, beynəlxalq münasibətlər sistemində dialoq mədəniyyəti get-gedə tənəzzülə uğrayır. Dövlətlər dialoq və qarşılıqlı anlaşma imkanlarından sürətlə imtina edir. Belə mürəkkəb bir tarixi dövrdə Rusiya və Azərbaycan ali rəhbərliyi arasında sühməramlı kontingentin Üçtərəfli Bəyanatda göstərilən müddətdən əvvəl Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər yeni və daha yüksək bir mərhələyə qədəm qoyur.
 
Bu fikirləri saytımıza açıqlamasında Milli  Məclisin üzvü Tamam Cəfərova deyib.
 
Deputat bildirib ki, Rusiya Federasiyası sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 3, 4 və 6-cı maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmişdi. Bəyanatın 4-cü maddəsində qeyd olunurdu ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət növbəti 5 ilə uzadılır. Hamıya məlumdur ki, istər daxili, istərsə də xarici auditoriyada Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşməsi ilə əlaqədar ciddi narahatlıqlar mövcud idi.  Psevdo siyasətçilər mütəmadi olaraq, sülhməralıların Qarabağda yerləşməsinin Rusiyanın Azərbaycanda əbədi olaraq, hərbi mövcudiyyəti kimi təqdim edir, rəsmi Bakının sülhməramlı kontingenti ərazilərimizdən çıxarmaq iqtidarında olmayacağını vurğulayaraq, xalqın içərisində xof, qorxu, dövlətə inamsızlıq toxumu səpməyə çalışırdılar. Lakin, sülhməramlı kontingentin Bəyanatda qeyd olunan vaxtdan daha tez çıxarılması haqqında qərarın verilməsi bütün bu cəfəng fikirləri bir daha iflasa uğratdı. 
 
Millət vəkili Tamam Cəfərova xüsusilə vurğulayıb ki, bu tarixi qərar eyni zamanda Azərbaycan və Rusiya arasında tarixdən gələn qonşuluq, müttəfiqlik münasibətlərinin ötən dövr ərzində necə inkişaf etdiyini və qarşılıqlı etimad mühitinin nə qədər dərinləşdiyini göstərən real faktdır. Eyni zamanda 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsinə uyğun olaraq ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar regionda sülh və əmin-amanlığın bərqərar olması baxımından olduqca önəmlidir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, Rusiya dünyanın ayrı bir qütbüdür və onunla bərabərhüquqlu münasibətlər qurmaq Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir. 
 
Bütün bunların fonunda bir məqamı xüsusilə qeyd etmək hadisələrə ədalətli qiymət vermək baxımından düşünürəm ki, olduqca önəmlidir. Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl çıxarılması haqqında qərarın verilməsi özlüyündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici siyasət sahəsində qazandığı növbəti uğurdur. Cənab Prezident bütün fəaliyyətində Azərbaycan dövlətinin və xalqının milli maraqlarından irəli gələn bütün məsələləri zərgər dəqiqliyi ilə həyata keçirmişdir. Ötən 20 illik fəaliyyətində siyasi səriştəsi, gərgin əməyi, qətiyyəti, sarsılmaz iradəsi ilə O, Azərbaycanı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, eləcə də Cənubi Qafqazın lider dövləti kimi  tanıtmışdır. 
 
Cənab Prezident zəfərləri ilə Cənubi Qafqazda yeni reallıqlar yaratmış güclü hərbi-siyasi strateq kimi bir daha bütün dünyaya-dost, düşmən hər kəsə göstərdi ki, O, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. O, sübut etdi ki, onun sözü imzası qədər keçərlidir. Prezident İlham Əliyev tarix yazan şəxsiyyətlərdəndir. Biz cənab İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22855
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14391
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12980
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8665
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6890
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6643
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5121
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4417
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3751
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3137
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2780
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1599
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1582
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1341
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1328