Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan lideri Rusiyada işgüzar səfərdə olacaq. “Danışıqlarda Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda bildirilib. Mətbuat xidmətinin məlumatına görə, hər iki ölkənin rəhbərləri Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur Magistralının (BAM) veteranları ilə də görüşəcəklər.