RU

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda I Liqanın 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İrəvan” – “Şamaxı” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilib.

MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.

“Difai Ağsu” – “İmişli” oyununda “Difai Ağsu” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilib.

“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
Источники
Комментарий ()
Закрывать