RU

UFAZ-da laboratoriya dərsləri keçirilib

58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasına hazırlaşan şagirdlər üçün UFAZ-da laboratoriya dərsləri keçirilib.

 

AzEdu.az xəbər verir ki, 20-26 aprel 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Şençjen şəhərində keçirilməsi nəzərdə tutulan 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi 5 nəfər şagird təmsil edəcək.  

 

Praktiki biliklərin daha dərindən mənimsənilməsi üçün 17-18 aprel 2024-cü il tarixlərində UFAZ-da laboratoriya dərsləri təşkil olunub.

 

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
1
Источники
Комментарий ()
Закрывать