Bakı. Trend:
“Səbail”in futbolçusu Adil Mehremiçin İdman.bizə müsahibəsi
- Premyer Liqanın XXX turunda “Kəpəz”lə oyunda hakimitəhqir etdiyiniz üçün 2-si şərti olmaqla 4 oyun cəzalanmısınız. Nəbaş vermişdi ki?
- Oyundan sonra heyətə doğruları bildirmişəm. Artıq bu barədədanışmaq istəmirəm. Bu məsələ onların vicdanına qalıb.
- Diskvalifikasiya olunmağınızla bağlı nə deyəbilərsiniz?
- Bu sualı qətiyyən şərh etmək istəmirəm.
- “Səbail”in hazırkı durumunu necədəyərləndirərdiniz?
- Biz bütün fikrimizi bundan sonrakı oyunlara cəmləmişik. Mənolmasam belə komandam əlindən gələnin artığını edəcək. Gücümüzü hərkəsə göstərəcəyik.
- Klubunuzun avrokubok şanslarını necədəyərləndirirsiniz?
- İlk “üçlük” və “dördlük”də qalmaq şansımızı itirmədiyimizmüddətdə hər şey üçün maksimum çalışacağıq. Oyunlara daha yaxşıhazırlaşıb, buna da nail olacağıq.
- İlin sonunadək müqaviləniz var. “Səbail”lə yenirazılaşma planlaşdırırsınız?
- Futbol həyat kimidir. Nəyin necə baş verəcəyini bilmirsən.Bəli, müqaviləm dekabra kimidir. Ondan sonra nə olacağını və haradaçıxış edəcəyim barədə hələlik heç bir fikrim yoxdur.