Cənubi Asiya ölkəsi Hindistan dünyanın ən böyük seçkilərinin görüntülərinə şahidlik edib.
AZXEBER.COM xarici mediaya istiandən xəbər verir ki, Hindistanda səsvermə 6 həftə davam edəcək.
CNN-in məlumatına görə, ölkədə təxminən 969 milyon seçici səsvermə hüququna malikdir.
Bu, ABŞ, Avropa İttifaqı və Rusiyanın ümumi əhalisindən daha çox əhalisi ilə diqqət çəkir.
Aprelin 19-da başlayan seçkilər iyunun 1-də başa çatacaq. Səslər iyunun 4-də hesablanacaq. Nəticələr parlamentin aşağı palatası olan Xalq Assambleyasının (Lok Sabha) üzvlərini müəyyənləşdirəcək.
Ayşən