RU

Kloppun məğlubiyyət şərhi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın Avropa Liqasının yarımfinalına çıxa bilməməsinin səbəbini açıqlayıb. Mersisaydlılar ötən gecə 1/4 finalda “Atalanta”ya qalib gəlsələr də (1:0), ilk görüşdə 0:3 hesabı ilə uduzduqları üçün yarışda mübarizəni dayandırıblar.

Klopp bunun səbəbini belə izah edib: “Avropa Liqasının yarımfinala çıxmamağımızın səbəbi nədir? Bizim yüksək səviyyəli oyunçularımızda keyfiyyət çatışmırdı. Trent Aleksander-Arnold daha yaxşı durumda olsaydı, daha yüksək səviyyədə oynaya bilərdik. O, dəlidir. Çünki zədəsini sağaldandan dərhal sonra belə oynadı. Sonda isə Aleksander-Arnoldun enerjisi bitdi. Bizə onun xüsusi bacarıqları lazım idi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
Источники
Комментарий ()
Закрывать