RU

İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olub

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.
Tribunainfo.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub – 0:1.
Abasov ağ fiqurlarla oynayıb.
Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
8
tribunainfo.az

10Источники