Azərbaycan Premyer Liqasının 31-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” oyununun biletləri satışa çıxarılır.
Msport.az xəbər verir ki, qarşılaşmanın biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.
Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışdadır.
Qeyd edək ki, görüş aprelin 20-də saat 16:30-da başlanacaq.