Ötən axşam UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
Modern.az xəbər verir ki, bu oyunlar yarımfinalçıların adına aydınlıq gətirib.
"Atalanta" öz meydanında "Liverpul"a uduzsa da, səfərdəki qələbəyə görə yarımfila adlayıb.
"Marsel" - "Benfika" cütünün qalibi penaltilər seriyasında müəyyənləşib, Burada dəqiq oynayan fransızlar yarımfinala çıxıb.
"Roma" səfərdə olduğu kimi, öz meydanında da "Milan"ı məğlub edib.
"Vest Hem" - "Bayer" görüşündə qalib aşkarlanmadığından ilk matçda qələbə qazanan Leverkuzen təmsilçisi yarımfinala adlayıb.
"Atalanta" - "Liverpul" - 0:1
İlk oyun - 3:0.
"Marsel" - "Benfika" - 1:0, pen. - 4:2
İlk oyun - 1:2
"Roma" - "Milan" - 2:1
İlk oyun - 1:0
"Vest Hem" - "Bayer" - 1:1
İlk oyun - 0:2.
Yarımfinal cütləri:
"Marsel" - "Atalanta"
"Roma" - "Bayer"
Qeyd edək ki, yarımfinalın ilk matçları mayın 2-də, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.