- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Qadın voleybolçulardan ibarət millimizin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.
Sportinfo.az xəbər verir ki, təcrübəli blokçumuzun komandası “Vasas” finaldakı rəqibi KNRC-i hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb.
Ayşən komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 ace) qazanıb.
Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.