Avropa Liqasının 2023/24 mövsümü üçün yarımfinal cütlükləri bəlli olub.
"Report"un məlumatına görə, bu mərhələdə sonuncu iştirakçı Portuqaliya "Benfika"sını penaltilər seriyasında məğlub edən Fransa "Marsel"i olub.
Yarımfinal cütlükləri aşağıdakı kimidir:
"Marsel" (Fransa) - "Atalanta" (İtaliya),
"Roma" (İtaliya) - "Bayer" (Almaniya).
Bu mərhələdəki qarşılaşmalar mayın 2 və 9-da baş tutacaq.