RU

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Qəzaya səbəb qatarın altındakı açarın nasazlığı olub
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb. AYNA xəbər verir ki, bu barədə Belarus dəmir yollarının mətbuat xidməti məlumat yayıb.
Hadisə Qazaxıstanın Dostıq dəmir yolu stansiyasında qeydə alınıb.
Belarusun kalium gübrələrini daşıyan qatarın relsdən çıxması nəticəsində vaqonlar yaxınlıqdakı relsdə dayanan lokomotivə çırpılıb. Stansiyada infrastruktura ziyan dəyib.
İlkin səbəb kimi qatarın altındakı açarın nasazlığı olduğu göstərilir.
Qəza Qazaxıstanla Çin arasında qatarların hərəkətinə təsir göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
12
ayna.az

10Источники