Konfrans liqası: "Fiorentina" 2 qolla qələbə qazanıb
UEFA Avropa Konfrans Liqasının 1/4 final cavab oyununda (ilk oyun 0:0 bitib) İtaliyanın "Fiorentina" komandası Çexiya təmsilçisi "Viktoriya Plzen"lə üz-üzə gəlib.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb - 0:0.
İki oyunun nəticəsinə əsasən hakimin oyuna əlavə avxt təyin edib. Əlavə vaxtın 92-ci dəqiqəsində italyanlar hesabı açıb. Nikolas Qonzales komandasını önə çıxarıb - 1:0.
108-ci dəqiqədə isə Kriştiano Biraqi 2-ci qola imza atıb.