RU

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.

Redaktor.az xəbər verir ki, şirkətin Bakıdan Kəraçi şəhərinə ilk reysi bu gün reallaşıb.

Marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
116
1
redaktor.az

2Источники