RU

Aİ də İrana qarşı sanksiyalar TƏTBİQ EDƏCƏK

“Avropa İttifaqı İrana qarşı mövqeyində yekdildir. Biz bu hücumu pisləyirik. Biz sanksiyalar tətbiq edəcəyik və regionda mülki əhalini müdafiə etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə bildirib.

Mişel qeyd edib ki, yeni sanksiyalar pilotsuz təyyarə və raket istehsal edən İran şirkətlərinə şamil ediləcək.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
113
8
bizim.media

9Источники