RU

Makron inkar etdi: “Rusiyadan daha az qaz alırıq”

“Fransa digər Avropa Birliyi (AB) ölkələrinə nisbətən Rusiya qazından daha az asılıdır”.

KONKRET.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron AB-nin Brüssel sammitindən sonra deyib.

“Bu gün dünyada Rusiya qazı və neft məhsulları üçüncü ölkələr vasitəsilə alınır. Ancaq Fransa nüvə enerjisindən və alternativ mənbələrdən istifadə modeli sayəsində digər dövlətlərə nisbətən Rusiya qazından daha az asılıdır”, – deyə Makron bildirib.

Qeyd edək ki, bundan öncə yayılan statistikaya görə, fevral ayında Fransa Macarıstanı qabaqlayaraq AB-də Rusiya qazının əsas alıcısına çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
1
konkret.az

2Источники