RU

Türkiyədə zəlzələ məscidin minarəsini uçurdu

Türkiyədə baş verən zəlzələ nəticəsində məscidin minarəsi uçub.

Unikal” xəbər verir ki, bir çox vilayətdə hiss olunan 5,6 bal gücündə zəlzələ Tokatın Sulusaray rayonunda məscidin minarəsinin uçmasına səbəb olub.

AFAD-dan verilən açıqlamada bildirilib ki, zəlzələ Tokat, Samsun, Yozgat, Çankırı və Çorum vilayətlərində hiss olunub.

Məlumata görə, Yozqat vilayətində 2 mərtəbəli ev və Tokat vilayətinin Sulusaray rayonunda 5 tövlə zərər görüb. 

Sulusaray bələdiyyə başqanı Davud Kılıç isə rayonun Buğdaylı kəndində bəzi evlərin dağıldığını diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
168
2
unikal.az

10Источники